Ermənilər Əkrəm Əylislini “qəhrəman” elan etdi

Ermənilər Əkrəm Əylislini “qəhrəman” elan etdi
  11 Fevral 2013    Oxunub:2260
Ermənistan Yazıçılar Birliyin sədri Əkrəm Əylisliyə dəstəyini bildirib.
Ermənistan Yazıçılar Birliyinin sədri Levon Ananyan Ermənistanın “Azadlıq” radiosuna müsahibəsində Rusiyanın “Drujba narodov” jurnalında nəşr olunan, Azərbaycanda böyük əks-səda və narahatlıq doğuran “Daş yuxular” romanını “Sabaha aparan yol” adlandırıb: “Faktiki olaraq, roman bu gün Azərbaycanda Ermənistana qarşı aparılan kor-koranə nifaq təbliğatına qarşı bir etirazdır. Digər tərəfdən, Ə. Əylisli ona görə haqlıdır ki, əsl yazıçı üçün patriot olmamaq, yalanı görüb susmaq qəbuledilməzdir”.

Onun sözlərinə görə, Ə. Əylislinin bu roman vasitəsilə demək istədiyi sözlər Azərbaycan xalqının ürəyinin dərinliyində yatan sözlərdir: “Artıq onlar da başa düşürlər ki, onilliklər boyu daşıdıqları yalançı millətçilik və nifrət hissi sadəcə suyu bulandırır. Axır-əvvəl bu həqiqətləri kimsə yazmalı idi və bunu yazmaq haqqını Əkrəmə keçdiyi həyat yolu və hər zaman həqiqətin carçısı olmağı imkan verib. Onun Qrant Mativasyanla dostluğu da təsadüfi deyil”.

Ədəbiyyatla siyasət qarşıdurmasını ədalətsiz adlandıran və yazıçı missiyasının siyasətdən tamamilə uzaq olduğunu deyən Ananyan “Əkrəm Ermənistan-Azərbaycan arasında dostluq körpüsü salan bir qəhrəmandır” deyə bildirib. Birlik sədri onu da qeyd edib ki, bütün dünyaya yaxşı məlum olan və on illər, yüz illərdir davam edən bu müharibələr iki qonşu xalqı bir-birinə düşmən etməməlidir. Onun sözlərinə görə, nəhayətində bu iki xalq ortaq məxrəcə gələcəklər.

Sonda L. Ananyan yazıçının Azərvaycan ictimaiyyətini oyatmaq üçün çaldığı həyəcan təbilini nəzərə alaraq erməni xalqını Əkrəm Əylisliyə dəstək olmağa çağırıb.


Teqlər:





Xəbər lenti