75 yaşlı qadın kürəkənini çəkiclə öldürdü

75 yaşlı qadın kürəkənini çəkiclə öldürdü
  20 İyul 2020    Oxunub:3323
Türkiyənin Rizə əyalətində kürəkəninə əsəbiləşən 75 yaşlı qadın onu çəkiclə başına vuraraq öldürüb.
Azvision.az xəbər verir ki, hadisə "Çorapçılar" məhəlləsində baş verib.

55 yaşlı Kamal Kansız boşandığı həyat yoldaşının evinə gedib. O, qayınanası ilə naməlum səbəbdən mübahisə edib. Bu zaman Hatun U. adlı qadın kürəkənin başına çəkiclə vurub. Aldığı zərbədən yerə yıxılan K. Kansız hadisə yerində ölüb.

Polis yaşlı qadını saxlayıb, baş vermiş qətllə bağlı araşdırma aparılır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə   qətl  





Xəbər lenti