Rusiyada 5940 yeni yoluxma, 85 ölüm qeydə alındı

Rusiyada 5940 yeni yoluxma, 85 ölüm qeydə alındı
  20 İyul 2020    Oxunub:2210
Rusiyada son sutka ərzində daha 5940 nəfər koronavirus infeksiyasına yoluxub, bununla ümumi yoluxma sayı 777 min 486-ya yüksəlib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bir gündə virusdan 85 nəfər ölüb.

Ölkə üzrə pandemiya qurbanlarının sayı 12 min 427 nəfərdir. İndiyədək Rusiyada 553 min 602 koronavirus xəstəsi sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti