Koronavirusa yoluxanların sayı 14,5 milyonu keçdi

   Koronavirusa yoluxanların sayı 14,5 milyonu keçdi
  20 İyul 2020    Oxunub:3184
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 14,5 milyon nəfəri keçib.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, virusa yoluxma sayı 14 milyon 560 min 933, pandemiya qurbanlarının sayı isə 607 min 102 nəfərə çatıb.

İndiyədək 8 milyon 696 min 410 xəstə sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Azvision.az



Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti