Taekvando üzrə birincilik keçirildi

Taekvando üzrə birincilik keçirildi
  19 Yanvar 2014    Oxunub:1619
Qaxda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan taekvando üzrə birincilik keçirildi.
Yanvarın 19-da Qax Olimpiya İdman Kompleksində yeniyetmələr arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş taekvando üzrə açıq rayon birinciliyi keçirilib.

Rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən birincilikdə Qax, Şəki və Zaqatala rayonlarından 28 yeniyetmə idmançı mübarizə aparıb.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, yarışlara başlamazdan əvvəl 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Birinciliyin rəsmi açılış mərasimində rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov çıxış edərək 20 Yanvarın xalqımızın azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi böyük əhəmiyyət daşıdığını qeyd edib, şəhidlərin əziz xatirəsinin xalqımız tərəfindən daim böyük hörmət və ehtiramla yad edildiyini bildirdi.


Teqlər:





Xəbər lenti