Türkiyədə koronavirusdan daha 17 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 17 nəfər ölüb
  19 İyul 2020    Oxunub:4650
Türkiyədə son sutka ərzində 17 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 918 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5475, virusa yoluxanlar isə 218 min 717 nəfərə çatıb.

Türkiyədə indiyədək 201 min 13 xəstə (son sutkada 1179 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti