Güləşçilərimiz 19 medal qazandı

Güləşçilərimiz 19 medal qazandı
  19 Yanvar 2014    Oxunub:1169
Azərbaycan güləşçiləri beynəlxalq turnirdə 19 medal qazanıblar.
20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə sayca 17-ci beynəlxalq turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Gürcüstan, İran, Qazaxıstan və Özbəkistandan olan ümumilikdə 135 güləşçi birincilik uğrunda mübarizə aparıb.
Azərbaycan təmsilçiləri ümumilikdə 5 qızıl, 6 gümüş və 8 bürünc medala sahib olub və komanda hesabında ilk sırada qərarlaşıb. İran komandası ikinci, Qazaxıstan üçüncü olub.

Digər qalib və mükafatçılar aşağıdakılardır:

42 kq
1. Amir Parsteh - İran
2. Yerbol Dilmagambetov - Qazaxıstan
3. Rustambek Jurayev - Özbəkistan
3. Murad Məmmədov - Azərbaycan

46 kq
1. Afşin Rahmarirka - İran
2. Almas Cumabayev - Qazaxıstan
3. Yerbulan Sarkitbayev - Qazaxıstan
3. Jandoq Karibay - Qazaxıstan

50 kq
1. Fazil Həsənov - Azərbaycan
2. Cahangirmirzə Turubov - Özbəkistan
3. Nader Nasrisamakuş - İran
3. Kənan Ağamalıyev - Azərbaycan

54 kq
1. Əfqan Xaşalov - Azərbaycan
2. Murad Abdulmuslimov - Azərbaycan
3. Toktagul Kapanov - Qazaxıstan
3. Abulfazi Hajipuramiji - İran

58 kq
1. Mahir Əmiraslanov - Azərbaycan
2. Qüdrət Ağayev - Azərbaycan
3. Hossein Yusifikamangar - İran
3. Zəlimxan Vəliyev - Azərbaycan

63 kq
1. Teymur Məmmədov - Azərbaycan
2. Rasim Mustafayev - Azərbaycan
3. Jaksilik Sultan - Qazaxıstan
3. Pənah İlyaslı - Azərbaycan

69 kq
1. Fuad Məmmədov - Azərbaycan
2. Xızır Aslambekov - Rusiya
3. Hamed Darbandi - İran
3. Xalid Əlizadə - Azərbaycan

76 kq
1. Yeskali Dauletkazi - Qazaxıstan
2. Şahmar Əzimov - Azərbaycan
3. Əhliman Quliyev - Azərbaycan
3. Sənan Əlizadə - Azərbaycan

85 kq
1. Ali Nikzad - İran
2. Orxan Həsənov - Azərbaycan
3. Zauri Beradze - Gürcüstan
3. Cavid Sadıqov - Azərbaycan

100 kq
1. Givi Maçaraşvili - Gürcüstan
2. İqbal Hacızadə - Azərbaycan
3. Coni Petriaşvili - Gürcüstan
3. Naeimi Hassanzade - İran


Teqlər:





Xəbər lenti