Əziz Yıldırımı yenidən həbs gözləyir

  18 Yanvar 2014    Oxunub : 521
Əziz Yıldırımı yenidən həbs gözləyir
Türkiyənin “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım yenidən həbs olacaq.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyə Ali Məhkəməsi Ə. Yıldırımı əvvəlcədən razılaşdırılmış oyunlarla (şike) əlaqədar günahkar bilib və onun barəsində çıxarılan 6 il 3 ay müddətlik həbs qərarını təsdiq edib.

Qeyd edək ki, Əziz Yıldırım bu vaxtq qədər 1 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bundan sonra isə o, cəzasının qalan hissəsini - 5 il 3 ayını həbsxanada keçirəcək.

Teqlər: