Liviyalılar Naxçıvanda – VİDEO

  18 Mart 2013    Oxunub : 690
Liviyalılar Naxçıvanda – VİDEO
Heydər Əliyev fondunun təşəbbüsü ilə ölkəmizdə keçirilən “Muğam aləmi” 3-cü Beynəlxalq Muğam Festivalının Liviyalı iştirakçıları Naxçıvanda da muğam nömrələrilə çıxış ediblər.
“Turasu Libiya Makam” qrupunun 6 nəfərdən ibarət üzvü yarım saatlıq proqramla naxçıvanlı tamaşaçılar üçün Liviya muğamını səsələndiriblər. Vokalçı Məhəmməd əl-Zərruq əl-Mədhun, Bəhlul Səid Əbu- Arqub, skripkaçı-Əbdülrəzzaq Əhməd əl-Fəhd, kanon ifaçısı Hişəm Məhəmməd əl-Bəkkəvi, zərbçi Adil Səlim Şəxturu və dəf çalan Mahmud Muxtar Mətuq Naxçıvan səfərindən məmnun qalıblar.

Səməd Canbaxşıyev
Naxçıvan


Teqlər: