“Ölkədə ağır vəziyyət hələ də davam edir” - Paşinyan

   “Ölkədə ağır vəziyyət hələ də davam edir” -    Paşinyan
  12 İyun 2020    Oxunub:4912
Ermənistanda fövqəladə vəziyyət rejimi daha bir ay müddətinə uzadılır.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistanda koronavirusla bağlı ağır vəziyyət hələ də davam edir. Bu səbəbdən fövqəladə vəziyyət rejimi iyunun 13-dən uzadılacaq.

Qeyd edək ki, Ermənistanda bu günədək 14 669 nəfər koronavirusa yoluxub, 245 nəfər ölüb.

Azvision.az



Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti