Ermənistan XİN-də koronavirusa yoluxanlar var

Ermənistan XİN-də koronavirusa yoluxanlar var
  11 İyun 2020    Oxunub:3814
Ermənistanın Xarici İşlər Nazirliyində koronavirusa yoluxanlar var.
Azvision.az xəbər verir ki, bu barədə XİN başçısı Zöhrab Mnatsakanyan bildirib.

Onun sözlərinə görə, nazirlikdə iki nəfərin koronavirus testinin nəticələri müsbət olub: "Virusa yoluxmuş insanlarla ünsiyyət qurduqları üçün təcrid olunmuş əməkdaşlar da var".

Xatırladaq ki, 11 iyun tarixinə olan məlumata görə, Ermənistanda təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 14 669-a çatıb, 245 nəfər ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti