Pandemiya əhaliyə necə təsir edib? - SORĞU

Pandemiya əhaliyə necə təsir edib? -  SORĞU
  25 May 2020    Oxunub:26558
“ACT Azərbaycan” Bakı şəhərində COVID-19 pandemiyasının əhaliyə təsirini öyrənmək üçün 30 aprel – 3 may tarixlərində paytaxt sakinləri arasında müxtəlif istiqamətlərdə sorğusu keçirib.
Azvision.az xəbər verir ki, rəyi öyrənilənlərin təqribən yarısı (48 %) pandemiyanın həyatlarına müəyyən təsirlərini hiss etdiklərini bildiriblər.

Hər 3 respondentdən 1-i isə (33 %) pandemiyanın onların həyat tərzinə təsir etmədiyini deyib. Əksəriyyətin fikrincə (56 %) karantin rejimi ilə bağlı yaranan ən böyük çətinlik onların adət etdikləri və sevdikləri məşğuliyyətləri həyata keçirmələrində yaranmış məhdudiyyətlər olub. Pandemiya zamanı maddi vəziyyətinin pisləşdiyini bildirənlər 44% təşkil edib.

COVID-19 pandemiyasından sonra insanlar arasında münasibətlərin necə dəyişəcəyi ilə bağlı suala cavab olaraq əksəriyyət (41 %) insanların daha çox özlərinə və yaxınlarına qayğı göstərəcəklərini bildiriblər.

Sorğuda iştirak etmiş respondentlərin 15%-i pandemiya dönəmində yaxınları ilə münasibətlərinin pisləşdiyini vurğulayıblar.

Qeyd olunub ki, sorğu 30 aprel - 3 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.



Azvision.az


Teqlər: ACT   Sorğu  





Xəbər lenti