Özbəkistanda "COVID-19"a yoluxanların sayı mini ötüb

Özbəkistanda "COVID-19"a yoluxanların sayı mini ötüb
  14 Aprel 2020    Oxunub:2382
Özbəkistanda daha 56 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla da virusa yoluxanların ümumi sayı 1054 nəfər olub. İndiyədək 4 nəfər həyatını itirib, 85 xəstə sağalıb.

Aprelin 1-dən etibarən Daşkənddə və digər bölgələrdə özünü təcridetmə rejimi tətbiq edilir. Yaşı 65-dən yuxarı olan vətəndaşların evdən çıxması qadağandır. Hazırda təxminən 90 min insan karantin rejimindədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Özbəkistan  





Xəbər lenti