Koronavirusu dünyaya yayan şəhərdə karantin ləğv olundu - VİDEO

  08 Aprel 2020    Oxunub : 2638
Koronavirusu dünyaya yayan şəhərdə karantin ləğv olundu - VİDEO
Koronavirusun (COVID-19) Çində ilk yayıldığı Hubey əyalətinin Uhan şəhərində karantin rejimi ləğv olunub.
Azvision.az xəbər verir ki, bu barədə "The Global Times" nəşri məlumat yayıb.

Bildirilib ki, 11 milyon əhalisi olan Uhanda 76 gün davam edən karantindən sonra insanlar icazə almadan şəhərdə sərbəst gəzə biləcəklər. Məhdudiyyətlərin tamamilə aradan qaldırılmadığını bildirən səlahiyyətlilər məktəblərin hələ açılmayacağını və bununla bağlı qərarın daha sonra veriləcəyini deyiblər.

Qeyd edək ki, COVID-19 ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Hazırda koronavirus dünyanın 200-dən çox ölkəsində yayılıb.



Şahanə Rəhimli
Azvision.az

Teqlər: Uhan