Güləş üzrə açıq çempionat başladı

Güləş üzrə açıq çempionat başladı
  25 Dekabr 2013    Oxunub:1262
“Gömrükçü” İdman Sağlamlıq Mərkəzinin güləş üzrə açıq çempionatı başlayıb.
Hövsan Olimpiya İdman Kompleksində “Gömrükçü” İdman Sağlamlıq Mərkəzinin güləş üzrə açıq çempionatı başlanın.

AzVision.az xəbər verir ki, turnirdə 400-dək yeniyetmə güləşçi qələbə uğrunda mübarizə aparır.

Çempionatın açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, “Gömrükçü” İdman Sağlamlıq Mərkəzinin direktoru Xəzər İsayev və başqaları çıxış edərək idmançılara uğurlar arzulayıblar.

Qeyd edilmişdir ki, respublikamızda güləşin inkişafında həyata keçirilən tədbirlər Azərbaycan seçmə komandalarını beynəlxalq miqyasda liderlər sırasına çıxarıb. Bütün bunlar Prezident İlham Əliyevin bütövlükdə idmanımıza, o cümlədən güləşə göstərdiyi diqqət və qayğısının nəticəsidir.
Çıxış edənlər güləş yarışlarının Prezident İlham Əliyevin ad gününə təsadüf etdiyini də xatırladıblar. Onlar dövlət başçısına əlamətdar gün münasibətilə bütün güləş ictimaiyyəti adından təbriklərini bildiriblər.

Respublikamızın dövlət himni səsləndikdən sonra yarış açıq elan olunmuşdur. Beşinci dəfə keçirilən çempionatda əvvəlcə sərbəst üsulla güləşən yeniyetmələr mübarizəyə başlamışlar. Bir gün sonra isə yunan-roma üsulu ilə güləşənlər mübarizəyə qoşulacaqlar.

Turnirdə “Gömrükçü” İdman Sağlamlıq Mərkəzinin güləşçiləri, Bakının idman təşkilatlarının, habelə bir sıra rayon komandalarının nümayəndələri iştirak edirlər. Mütəxəssislər bu yarışları Azərbaycan güləşinin yaxın gələcəyinə baxış kimi də qiymətləndirirlər.


Teqlər:  





Xəbər lenti