Məşhur aktyorun Bakıya gəlməməsinin sirri

Məşhur aktyorun Bakıya gəlməməsinin sirri
  14 Mart 2013    Oxunub:7933
Rusiyanın məhşur “Görüş yerini dəyişmək olmaz” filmində Volodya Şarapov rolunu oynayan aktyor Vladimir Konkin Azərbaycana gəlməkdən imtina edib.
Xatırladaq ki, 9-10 mart tarixləri arasında S.Vurğun adına Rus Dram Teatrının səhnəsində “İmperatriçə” tamaşasında V.Konkin, Yekaterinanın müşaviri rolunda oynamalı idi. Onun əvəzinə isə səhnəyə həmkarı Nikolay Razumenko çıxıb.
Teatr rəhbərliyindən aktyorun gəlməməsinin səbəbini soruşduqda ciddi bir hadisə baş vermədiyini, sadəcə xəstə olduğu bildirildi. Etibarlı mənbədən alınan mənbə isə hal-qəziyyənin başqa olduğunu deyir.
Belə ki, aktyorun gəlməmə səbəbi, spirtli içkinin təsirindən çıxa bilməməsidir. Üstəlik, “mən heç kimə heç nə söz verməmişəm” deyərək, nə tamaşa, nə Bakı, nə qastrol haqda eşitmək istəyib.
Qeyd edək ki, Vladimir Konki iki ay əvvəldən Azərbaycan mətbuatına verdiyi müsahibələrində Bakıda ilk dəfə 20 il əvvəl olduğunu, azərbaycanlılarda səmimiliyi, qonaqpərvərliyi yüksək dəyərləndirdiyini və “İmperatriçə” tamaşanın uğuruna zəmanət verdiyini deyərək hər kəsi oyununa baxmağa dəvət etmişdi.

Sara Kərimova


Teqlər:  





Xəbər lenti