Bakıda avtobus aşdı, xəsarət alanlar var

Bakıda avtobus aşdı, xəsarət alanlar var
  22 Dekabr 2013    Oxunub:1526
Bu gün saat 12.30-da Bakının Binəqədi rayonu ərazisində, Azadlıq prospektində 155 saylı marşrutla hərəkət edən sərnişin avtobusu qəzaya uğrayıb.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, hadisə şahidlərinin verdikləri məlumata görə, avtobus aşıb.

Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından verilən məlumata görə, qəza nəticəsində sürücü də daxil olmaqla 2 nəfər xəsarət alıb.

Hadisə yerinə xilasedicilər cəlb olunub. Sərnişinlər aşan avtobusdan çıxarılıb.


Teqlər:  





Xəbər lenti