Şamaxıda quldurluq edən iki nəfər tutulub

Şamaxıda quldurluq edən iki nəfər tutulub
  21 Dekabr 2013    Oxunub:1358
Dekabrın 20-də saat 4.00 radələrində 2 naməlum şəxs “VAZ-2121” markalı avtomobillə Şamaxı rayonunun Çıraqlı kəndinin ərazisindəki “Hacı Petrol” yanacaqdoldurma məntəqəsinə gələrək, obyektin işçiləri Xanbaba Babazadəni və Şakir Hacıyevi bıçaqla hədələyərək onlardan 529 manat pul və bir mobil telefon alıb avtomobilin çənini benzinlə dolduraraq oradan gediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən avtomobil rayon ərazisində saxlanılıb, həmin şəxslər - Qobustan rayon sakinləri, əvvəllər məhkum olunan Bəkir Kərimov və Razi Dəmirov tutulub. Onlardan bir bıçaq və bir xəncər götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir.


Teqlər:





Xəbər lenti