Masallıda dəhşətli yol qəzası: ölən var

Masallıda dəhşətli yol qəzası: ölən var
  21 Dekabr 2013    Oxunub:1377
Masallıda dəhşətli yol qəzası: ölən və yaralananlar var.
Azərbaycanın Masallı rayonunda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. AzVision.az APA- ya istinadən xəbər verir ki, hadisə dekabrın 20-də saat 20.00 radələrində Ələt-Astara magistralının 168-ci kilometrliyində - rayonun Musaküçə kəndindən keçən hissəsində qeydə alınıb.

Lənkəran rayonunun Darquba kənd sakini, 1962-ci il təvəllüdlü Cümşüd Bahadır oğlu Əsədovun idarə etdiyi VAZ-2106 markalı minik avtomovili Masallı rayon sakini, 1969-cu il təvəllüdlü Rəfail Cəbrayıl oğlu Cəbrayılovun idarə etdiyi “Jeep” markalı minik avtomobili ilə toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsi ciddi deformasiyaya uğrayıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin yanğınsöndürən və xilasediciləri cəlb olunub. Onların səyləri nəticəsində VAZ-2106 markalı avtomobilin içərisində sıxılmış vəziyyətdə qalmış sərnişin, sürücünün həmkəndlisi olan 1956-cı il təvəllüdlü Əlövsət Rəcəb oğlu Yusifov xüsusi alət xilas edilərək Səhiyyə Nazirliyinin Masallı Rayonlararası Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına təhvil verilib.

VAZ-2106-nın sürücüsü ilə digər sərnişini, Lənkəranın Darquba kənd sakini, 1964-cü il təvəllüdlü Nizami Xeyrulla oğlu Yaqubov da müxtəlif dərəcəli bədən xəsarətləri ilə sözügedən müalicə müəssisəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq Ə.Yusubov 10 dəqiqədən sonra dünyasını dəyişib. Digər iki yaralının da vəziyyəti ağır qiymətləndirilir.

İlkin versiya kimi hadisənin VAZ-2106 markalı avtomobilin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Teqlər:





Xəbər lenti