Soyuq qış aylarında ağcabədilərə müjdə

Soyuq qış aylarında ağcabədilərə müjdə
  21 Dekabr 2013    Oxunub:1013
Ağcabədi rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Rayon qaz istismar sahəsindən AzVision.az -a bildiriblər ki, indiyədək Ağcabədi şəhərinə, 16 kəndə, məcburi köçkünlərin istifadəsinə verilən 5 mərtəbəli 10 binaya və laçınlı məcburi köçkünlərin məskunlaşdığı Taxtakörpü qəsəbəsinə təbii qaz verilib.

Rayonun digər kəndlərinin qazlaşdırılması üçün Şahsevən-Təzəkənd və Avşar-Kəbirli istiqamətlərində daşıyıcı qaz kəmərləri çəkilib.

Rayonun ən böyük yaşayış məntəqələrindən olan Hindarx qəsəbəsinin qazlaşdırılması da başa çatmaq üzrədir. Qəsəbədə müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlər üçün yeni sayğaclar quraşdırılıb.

Yaxın günlərdə qəsəbənin 2001 abonenti mavi yanacaqdan istifadə edə biləcək.


Teqlər:





Xəbər lenti