Çay içənlər daha çox yaşayır: Alimlər sübut etdi

      Çay içənlər daha çox yaşayır:    Alimlər sübut etdi
  09 Yanvar 2020    Oxunub:6081
Çində aparılan çoxillik araşdırma müntəzəm çay içən insanların ürək xəstəliyi riskinə daha az məruz qaldıqlarını və ümumiyyətlə, uzunömürlü olduqlarını təsbit edib.
Azvision.az xəbər verir ki, nəticələr “Avropa Profilaktik Kardiologiya” jurnalında dərc olunub. 1998-ci ildən Çində Çin-PAR (Çində aterosklerotik ürək-damar xəstəlikləri riskinin proqnozu) layihəsi həyata keçirilib.

Məqsəd ölkə əhalisi arasında ürək-damar xəstəliklərinin inkişaf risklərini proqnozlaşdırmaq olub. Bu, genişmiqyaslı tədqiqatın bir hissəsi olaraq elm adamları çay istehlakı kimi faktorun insan sağlamlığına təsirini də analiz ediblər.

Layihədə əvvəlcə ürək xəstəliyi, infarkt keçirməyən və ya xərçəng xəstəliyi olmayan 100 902 iştirakçı yer alıb. Onlar iki qrupa bölünüb: müntəzəm çay içən (həftədə ən azı üç dəfə) və nadir hallarda çay içən (həftədə üç dəfədən az).

Layihə 7.3 il davam edib. Bu dövrdə nadir çay içənlərlə müqayisədə münətəzəm çay içənlərdə ürək-damar xəstəlikləri 20 faiz, ölümcül ürək xəstəliyi və insult riski 22 faiz, müəyyən xəstəlik səbəblərindən ölüm riski 15 faiz az olub.

Azvision.az


Teqlər: Çay  





Xəbər lenti