Şəkidə buzlaşma qəzaya səbəb oldu

Şəkidə buzlaşma qəzaya səbəb oldu
  19 Dekabr 2013    Oxunub:1112
Bu gün Şəkidə yol qəza hadisəsi baş verib. Hadisə Mirzə Fətəli Axundzadə prospektində qeydə alınıb.

AzVision.az xəbər verir ki, Şəki şəhər sakini 1987-ci il təvəllüdlü Səmədov Oqtay Qalib oğlunun idarə etdiyi 90-VE-387 dövlət nömrə nişanlı Vaz 2107 markalı avtomobil idarəetməni itirib və yol kənarında yerləşən mebel salonunun divarına çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü yüngül bədən xəsarətləri alıb. Eləcə də, avtomobilə ciddi ziyan dəyib. Bundan başqa, Şahməmmədov Yusif İsfəndiyar oğluna məxsus mebel mağazasına da ziyan dəyib.

İlkin ehtimala görə, qəzaya səbəb yolun buz bağlaması olub.


Teqlər:





Xəbər lenti