QMİ-dən Yeni il AÇIQLAMASI
Hətta sosial şəbəkələrdə “31 dekabra yox deyək” və bu kimi şüarlar səsləndirlir.
AzVision.az Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxlayaraq qurumun bu iddialara münasibətini öyrənib.
QMİ-in sədr müavini Hacı Fuad Nurullah bayramın keçirilib-keçirilməməsi ilə bağlı hər hansı bir qərarın olmadığını deyib:
“Hələ ki, rəsmi bir açıqlama yoxdur. Bayramın keçirilməsinə gəlincə, bayram bayramdır, xalqımızın adət ənənəsidir, xalq hər il bayramı keçirir. Bu fikirlər də onların şəxsi fikirləridir. Mən nə deyə bilərəm, deyəcəm hərə bir cür qarşılayacaq”-deyə QMİ rəsmisi vurğulayıb.
Nihadə Eyyubova