İmişli yarımstansiyaları qışa hazırdır

İmişli yarımstansiyaları qışa hazırdır
  18 Dekabr 2013    Oxunub:1800
“İmişli” Regional Elektrik Şəbəkəsi Müəssisəsi qışa hazırlığı tam başa çatdırıb.
“İmişli” Regional Elektrik Şəbəkəsi Müəssisəsində yerləşən bütün yarımstansiyalarda, transformator məntəqələrində və elektrikötürücü xətlərdə qış mövsümünə hazırlıq işləri başa çatıb.

“Azərenerji” ASC-dən AzVision.az -a bildiriblər ki, elektrik avadanlığının səmərəliliyinin artırılması məqsədilə bir sıra əsaslı təmir və texniki təftiş işləri aparılan, enerjinin ötürülməsi və paylanması sistemlərinin sabit və dayanıqlı işləməsi, istismar səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilib. O cümlədən, son üç ayda 330 kilovoltluq (kV) “İmişli”, 110 kV-lik “Bəhrəmtəpə” Yeni Biləsuvar”, “Böyük Harami” və digər yarımstansiyalarda yenidənqurma işləri aparılıb.


Teqlər:





Xəbər lenti