Daha bir sərnişin avtobusu qəzası
Avtobus sərnişinlərinin əməkdaşımıza dediyinə görə, sürücü "20 Yanvar" dairəsindən tərpəndiyi vaxtdan avtobusu olduqca narahat idarə edirmiş. Hətta avtobusun sərnişini olan yaşlı qadınlar bir neçə dəfə qorxaraq ona avtobusu ehtiyatlı sürməsini tələb ediblər, ancaq sürücü ona deyilənlərə məhəl qoymayıb, beləliklə də beynəlxalq avtovağzaldan bir qədər keçdikdən sonra qəza törədib.
Xöşbəxtlikdən, qəza zamanı zərərçəkən olmayıb, yalnız avtomobillər əzilib. Qəza törədən sürücü isə əzilmiş 50-yə yaxın sərnişini yolun ortasında endirərək avtobusunu sürüb gedib.
Teqlər: