Gəncədə qadın keçmiş əri tərəfindən bıçaqlanıb

Gəncədə qadın keçmiş əri tərəfindən bıçaqlanıb
  16 Dekabr 2013    Oxunub:989
G əncədə bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə şəhərin Atatürk prospektində baş verib.
AzVision.az APA- ya istinadən xəbər verir ki, Qazax rayon sakini, 35 yaşlı Rza Nadirov keçmiş həyat yoldaşı, 39 yaşlı İradə Məmmədovaya 12 bıçaq zərbəsi vurub. Qadın ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.


Məlumata görə, iki uşaq anası olan İ. Məmmədova R. Nadirovla Qazax rayonunda yaşayıblar. İ. Məmmədova ərindən ayrıldıqdan sonra Gəncəyə gəlib. R. Nadirov keçmiş həyat yoldaşı ilə barışmaq istəsə də, qadın buna razılıq verməyib. Buna görə də R. Nadirov küçənin ortasında keçmiş həyat yoldaşını bıçaqlayıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət iş başlanılıb.


Teqlər:





Xəbər lenti