Qış mühəndislik düşərgəsi başlayır
Müsabiqə 3 mərhələdən ibarət olacaq. İlkin mərhələdə online müraciət formalarını göndərən namizədlərdən tələblərə cavab verən 100 iştirakçı seçilərək ikinci mərhələyə dəvət olunacaq. 12 yanvar 2014 tarixində keçiriləcək 2-ci mərhələdə tələbələrin məntiq, ingilis dili və mühəndislik sahəsinə aid ümumi bilikləri yoxlanacaq. Bu mərhələni uğurla keçən 35 tələbə 3-cü mərhələdə iştirak edə biləcək. 3-cü və son mərhələ olan müsahibə mərhələsi isə 19 yanvar 2014 tarixində keçiriləcək. Bu mərhələni də uğurla keçən 25 tələbə “Qış mühəndislik düşərgəsi”ndə iştirak etmə hüququ qazanacaq.
“Qış mühəndislik düşərgəsi”ndə adları qeyd olunmuş universitetlərin tələbələri iştirak edə bilərlər:
Qafqaz Universiteti
Azərbaycan Dövlət Neft Akademiyası
Xəzər Universiteti
Azərbaycan Texniki Universiteti
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Bakı Dövlət Universiteti və s yerli universitetlər.
Moskva Dövlət Universiteti (Bakı Filialı)
Bakı Ali Neft Məktəbi
Azərbaycan Diplomatik Akademiyası
Xaricdə yerləşən texniki universitetlər
“Qış mühəndislik düşərgəsi” 1 - 7 fevral 2014 tarixləri arasında keçiriləcək. Bu müddət ərzində iştirakçıların BP, Azersun, Schlumberger, Baker Hughes, Azercell kimi şirkətlərə ekskursiyaları təşkil olunacaq, eləcə də peşəkar mühəndislər tərəfindən müxtəlif seminarlar keçiriləcək. Sonda iştirakçılara sertifikat təqdim olunacaq.
Qeyd edək ki, müraciət üçün son tarix 5 yanvar 2014-dür. Əlavə məlumatları thecesworld.org saytından əldə etmək olar.
Teqlər: