AGF Gürcüstanda

AGF Gürcüstanda
  14 Dekabr 2013    Oxunub:1199
Azərbaycan Gənclər Fondu Gürcüstanda keçirilən tədbirdə təmsil olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov və strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olublar.

Fondun mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan nümayəndələri səfər çərçivəsində Gürcüstanın Gənclərlə İş və İdman Nazirliyi yanında Uşaq və Gənclər Birliklərinin İnkişafı Fondunun 2013-cü il üçün fəaliyyətinin yekunlarına həsr olunmuş mərasimdə iştirak ediblər.

Tədbirdə təcrübə mübadiləsi, gələcək əməkdaşlıq perspektivləri və birgə layihə imkanları məsələləri də müzakirə edilib.


Teqlər:





Xəbər lenti