Bakı-Təbriz reysi ləğv edildi

Bakı-Təbriz reysi ləğv edildi
  14 Dekabr 2013    Oxunub:1879
Əlverişsiz hava şəraitinə görə Bakıdan Təbrizə təyyarə reysi ləğv edildi.
AzVision.az xəbər verir ki, İranın “Kiş Air” şirkətinin həyata keçirəcəyi Təbriz-Bakı-Təbriz aviareysi ləğv edilib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan AzərTAc-a bildiriblər ki, dekabrın 14-də Bakı vaxtı ilə səhər saat 08:00-da Bakıdan həyata keçirilməli olan reys Təbrizdə pis hava şəraitinə görə yerinə yetirilməyib.

Hava şəraiti əlverişli olarsa, uçuş dekabrın 15-də həyata keçiriləcək.


Teqlər:





Xəbər lenti