Quba-Xınalıq yolu açıldı
Qubada yerləşən 6 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov AzərTAc-a bildirib ki, yolun 51-ci və 57-ci kilometrliyində qar kütləsi ağır texnikanın köməkliyi ilə təmizlənib. Bununla da Xınalıq, Bostankeş, Qala Xudat, Cek, Əlik, Atuc kəndləri ilə nəqliyyat əlaqəsi tam bərpa edilib.
Yolun müvəqqəti bağlanması ucqar yaşayış məntəqələrində ciddi problem yaratmayıb.
Hazırda 6 saylı yol istismar idarəsinin növbətçi briqadaları yoldakı vəziyyətə nəzarət edir.
Teqlər: