Paytaxda 2 qəza

Paytaxda 2 qəza
  14 Dekabr 2013    Oxunub:1486
Bakının Nərimanov rayonu, Təbriz və Ağaoğlu küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib AzVision.az xəbər verir ki, qəza nəticəsində "KİA Sorento" ilə "Lexus Land Cruiser" markalı avtomobillər toqquşub.

Dövlət Yol Polisinin Nərimanov Rayon Şöbəsindən verilən məlumata görə, hadisəyə səbəb hər iki avtomobilin sürücüsünün yol ayrıcındakı işıqforun yaşıl ışığında bir-birilərini gözləmədən hərəkət etmələri olub. Toqquşmanın təsirindən "KİA Sorento" yol kənarındakı işıqfora çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəza ilə bağlı yolda tıxac yaranıb. Polis əməkdaşlarının səyləri ilə nəqliyyatın normal hərkətini bərpa etmək mümkün olub.

Faktla bağlı Dövlət Yol Polisinin Nərimanov Rayon Şöbəsində araşdırma aparılır. Qəzanın səbəbkarına gəlincə, o, "Təhlükəsiz şəhər" sisteminin kameraları vasitəsi ilə müəyyən olunacaq.

Bakının Nərimanov rayonu, Heydər Əliyev prospektində ağır yol qəzası baş verib. 99 SR 755 dövlət nömrə nişanlı "Nissan Teana" markalı avtomaşının sürücüsü yağışlı havada idarəetməni itirərək öncə elektrik dirəyinə, sonra isə yol kənarındakı hasara çırpılıb. Hadisə nəticəsində avtomobil aşıb, sürücü yüngül xəsarət alıb.

Dövlət Yol Polsinin Nərimanov Rayon Şöbəsindən verilən məlumata görə, hadisəyə səbəb sürücünün içkili halda avtomobili idarə etməsi olub. Sürücü Nərimanov Rayon Polis İdarəsinə aparılıb. Yararsız hala düşən avtomobil isə ərazidən evakuasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

APA


Teqlər:





Xəbər lenti