Azərbaycanın cənubunda 1,5 metr qar yağıb

Azərbaycanın cənubunda 1,5 metr qar yağıb
  14 Dekabr 2013    Oxunub:1331
Azərbaycanın cənubunda fəlakət – 1,5 metr qar yağıb!
Güney Azərbaycanda güclü qarın yağması bir sıra şəhərlərdə ciddi problemlər yaradıb. Bu səbəbdən Urmiyə şəhərində bütün mədrəsələr bağlanıb. AzVision.az GünAz TV-yə istinadən xəbər verir ki, Vərziğanda 70 sm hündürlüyündə qarın yağması zəlzələ bölgəsinin əhalisi üçün ciddi problemlər yaradıb. Hətta yüksək yerlərdə yerləşən kəndlərdə 1 metr hündürlüyündə qarın yağdığı bildirilir. 160 kəndin yolu bağlanıb. Əhər, Mərənd, Heris, Sarab, Sərəskəndi, Marağa, Bostanabad və başqa Azərbaycan şəhərlərində də güclü qar yağıb. Xana-Soyuqbulaq istiqamətində qarın hündürlüyünün isə 1.5 m-ə çatdığı deyilir. Vərziğan və Xarvana əhalisinin İran parlamentindəki nümayəndəsi Allahverdi Dehqani Vərziğan məntəqəsinin böhran içində olduğunu bəyan edərək məsullardan bölgə əhalisinə yardım istəyib. O, soyuq hava nəticəsində həyatın iflic olduğunu bildirib və Böhran Komitəsinin əhalinin problemlərini həll etmək üçün hərəkətə keçməsini istəyib.


Teqlər:





Xəbər lenti