Binə Ticarət Mərkəzi yanır - YENİLƏNİB

Binə Ticarət Mərkəzi yanır - YENİLƏNİB
  14 Dekabr 2013    Oxunub:1756
Binə Ticarət mərkəzində yanğın baş verib.
Məsələ ilə bağlı Publika.az saytı Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın müavini Dilşad Əmirova ilə əlaqə saxlayıb.

O qeyd edib ki, kiçik bir yanğın olub və söndürülüb.

***

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, hadisə yerində olan şahidlərdən birinin verdiyi məlumata görə, yanğın elektrik malları mağazasında baş verib.

Yanğının səbəbləri barədə heç bir məlumat verilmir.

Şahidin dediyinə görə, hazırda hadisə yerinə cəlb olunan FHN-nin Yanğından Mühafizə Xidməti yanğının qarşısını almağa çalışır.


Teqlər:  





Xəbər lenti