2013-cü ilin 5 ən təhlükəsiz messenceri
Yaxınlarda məlum olub ki, Amerika xüsusi xidmət orqanları öz casuslarını hətta virtual aləmə də yerləşdirib. Onlar “World of Warcraft” oyununda istifadəçilərin konfidensial məlumatlarını toplamaqla məşğul olub.
Təbii ki, belə qalmaqallarla yanaşı onlayn-kommunikasiyalar üçün təhlükəsizlik instrumentlərinə ehtiyac yaranır. Kompüter və mobil proqram yaradıcıları isə bu il istifadəçilərə bir-birinə məlumat ötürməyi asanlaşdıran və təhlükəsiz edən bir neçə proqram yaratdılar. AzVision.az İstifadəçilərin təhlükəsizliyinə xüsusi qayğı göstərən, maraqlı messincerlər təqdim edir.
Telegram
Platforma: İOS, Android
Qiyməti: pulsuz
“Vkontakte” sosial şəbəkəsinin yaradıcısı Pavel Durov bu il özünün kifayət qədər müasir və etibarlı müdafiə olunan messencerini təqdim edib. Messencerin proqram əlavəsi olan “Telegram” vasitəsilə eyni vaxtda 100 nəfərə qədər istifadəçi məlumat ötürə və çat yarada bilərlər.
Durovun proqram əlavəsinin daha bir üstünlüyü bundan ibarətdir ki, məlumatların şifrələnməsi uzaq serverlərin alqoritmləri ilə deyil, mobil qurğuların özləri vasitəsilə həyata keçirilir. Nəzəri baxımdan bu tam təhlükəsizlik deməkdir: ayrı-ayrı istifadəçilərin məlumatlarını heç servisin administrasiyası belə şifrələyə bilməyəcək. Teleqram proqramı Pavel Durov tərəfindən yaradılan MTProto protokolu üzərində işləyir. Buna əlavə olaraq, Telegram-da məlumatı göndərən istifadəçinin qurğusunda məlumatların silinməsi funksiyası var. Yəni, məlumat digər istifadəçinin qadcetində görünsə də məlumatı göndərən qadcetdə olmur. Teelgram yaxşı görünür, tez işləyir və smartfonun çox az resurslarından istifadə edir.
Wickr
Platforma: İOS, Android
Qiyməti: pulsuz
Bu proqram əlavəsinin yaradıcıları: “İnternet daimidir, sizin şəxsi məlumat isə yox” şüarından istifadə edirlər. İş ondadır ki, bu əlavə vasitəsilə göndərilən məlumatlar nə göndərənin, nə də ki, məlumatı qəbul edənlərin adını, geolokasiya məlumatlarını göstərmir və serverlərdə saxlanılmır. Bununla yanaşı, istifadəçi göndərdiyi məlumatın neçə saniyədən, dəqiqədən yaxud saatdan sonra göndərilməsinə özü qərar verir.
Wickr vasitəsilə nəinki, mətnli məlumatları, həm də PDF faylları, audio-video materialları göndərmək mümkündür. Onların hamısı müxtəlif şifrə standartlarından istifadə olunmaqla (AES256, ECDH521, RSA4096TLD və s.) ötürülür.
Qeyd etmək lazımdır ki, Wickr bir növ qapalı ekosistemdir. Ünvan kitabçasına yeni əlaqə nömrəsini daxil etmək üçün proqram əlavəsinin login yaxud elektron ünvandakı akkauntunu bilməlidir. Başqa heç bir axtarış funksiyası burada yoxdur. Həm də, əlavə Wickr qurğunun başqa şəxsin əlində olması ehtimalına qarşı tez=tez istifadəçinin parolunu tələb edir.
Messencerin ünvanına gələn heç bir məlumatı silmək yaxud xaric etmək mümkün deyil. Məlumatları yalnız oxumaq olar. Bir müddət sonra isə göndərən şəxsin müəyyən etdiyi vaxtda onlar silinəcək. Bundan başqa, smartfonuna yenicə gələn məlumatı oxumaq üçün istifadəçi sistemə daxil olan zaman yenidən parolunu qeyd etməlidir.
Bu addımlar göndərilən məlumatın yalnız məlumatı qəbul edən şəxs tərəfindən oxunmasını təmin edir.
Squawk
Platforma: İOS, Android
Qiyməti: pulsuz
Squawk yeniyetmələr üçün onların təklifləri əsasında yaradılan messincerdir. ABŞ-da artıq onu Snapchat-ın “qatili” adlandırırlar. Xloya Breqman və Aleks Kurveyt tərəfindən yaradılan proqram əlavəsi istifadəçilərə ünvana çatdıqdan sonra 5 saniyə ərzində avtomatik silinən məlumatlarla mübadilə etməyə imkan verir.
Lakin avtomatik silinmə prosesi tez, yaxud gec baş verə bilər. Məlumatı göndərən şəxs taymerdə vaxt qoyur.
Proqram qeyri-formal dizayna, 10-larla stikerlərə, səsi imitasiya edə bilən səsli məlumatlarla mübadilə etməyə, şəkillərə müxtəlif əlavələr etməyə və s. Imkanlara malikdir.
Squawk gənclər üçün kifayət qədər yaxşı messincer tipidir.
BBM
Platforma: İOS, Android
Qiyməti: pulsuz
Yaxınlarda dünyada smartfon istehsalı ilə məşğul olan əfsanəvi “BlackBerry” korporasiyası İOS VƏ Android-də ani məlumat mübadiləsini təmin etmək üçün yeni messincer nümunəsi təqdim edib. Korporasiyalar dünyasında çoxillik təmiz reputasiyaya malik olan “Black Berry” ən müasir kriptoqrafik interfeyslərdən istifadə edir. Şirkət təminat verir ki, kompaniyanın serverlərində saxlanılan məlumatlar heç zaman üçüncü şəxslərin əlinə keçməyəcək.
BBM messinceri yüksək inkişaf etmiş və dünyada milyonlarla istifadəçinin faydalandığı bir proqramdır. Sistemin daxilində məlumat mübadiləsi SMS qədər asan olmayacaq. Hər hansı ünvanla ünsiyyətə daxil olmaq üçün istifadəçi öz telefon nömrəsini yaxud elektron poçtunu sistemə daxil etməlidir. BBM, ayrı-ayrı istifadəçilər üçün xüsusi PİN koddan istifadə edir.
Bu kodu gizli saxlamaq yaxud istifadəçi ilə hər an əlaqə yaratmaq istəyən şəxslərlə bölüşmək olar.
BMM dünyada sayları durmadan artan 65 milyon istifadəçiyə malikdir. BlackBerry tezliklə əlavəyə BBM Channels funksiyası, səsli və video zəngləri əlavə edəcəyini elan edib.
Digər servislərdən fərqli olaraq BBM yüksək etibarlılığı, sürətli işləməsi və rahat interfeysi ilə seçilir.
iCrypt
Platforma: İOS, OS X
Qiyməti: 4,99 dollar
iCrypt şifrələnmiş ani məlumat mübadiləsi üçün istifadə olunan ən təhlükəsiz mobil əlavələrdən hesab olunur. Burada bütün məlumatlar bank kartlarında da istifadə olunan 256 bitlik kodlar vasitəsilə şifrələnir. Bunun sayəsində sistemi dağıtmaq mümkün deyil (ən azında belə qəbul olunub).
Digər analoqlardan əsas üstünlüklərdən biri isə iCrypt-in yalnız mobil qurğularda deyil, həm də stolüstü kompüterlərdə istifadə oluna bilməsidir.
Əsas çatışmazlıqlarından biri isə əlavənin yalnız Apple istehsalı olan qurğularda istifadə oluna bilməsidir.
Proqramı hazırlayan mütəxəssislər fikirləşirlər ki, iCrypt parol mübadilələri, kredit kartlarından məlumatların alınması və s. məxfi informasiyaların alınmasına xidmət edir.
Müntəzəm mətn yazmaq üçün, iCrypt uyğun proqram əlavəsi deyil. Göndərilən məlumatlar şifrənin mürəkkəb alqorimtinə görə, kifayət qədər gec göndərilir.
Vüqar İsmayılov
Teqlər: