Cənub bölgəsinə yağan güclü qar problemlər yaratdı

Cənub bölgəsinə yağan güclü qar problemlər yaratdı
  13 Dekabr 2013    Oxunub:1449
Cənub bölgəsinə yağan güclü qar bir sıra problemlər yaratdı.
Dekabrın 11-də axşam saatlarından başlayaraq cənub bölgəsinə yağan qar yaşayış məntəqələrində bir sıra problemlər yaradıb.

AzVision.az xəbər verir ki, dağlıq ərazidə yerləşən Lerik şəhərində qarın qalınlığı 30-40, rayonun bəzi kəndlərində isə 45 santimetrə çatıb. Qarın ağırlığına tab gətirməyən elektrik naqilləri və elektrik dirəklərinin bir çoxu sıradan çıxıb. Nəticədə rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib. Lerik şəhəri istisna olmaqla, əksər yaşayış məntəqələrinə elektrik enerjisi verilməsində fasilələr yaranıb.

Qeyri-sabit hava şəraiti bölgənin digər rayonlarında - Lənkəran Masallı, Yardımlı və Cəlilabad rayonlarında da enerji ilə təchizatda müəyyən problemlər yaradıb, yolların buz bağlaması avtomobillərin hərəkətini çətinləşdirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran hidrometeoroloji müəssisəsindən verilən məlumata görə, yağıntılı hava şəraiti dekabrın 17-dək davam edəcəkdir. Bölgənin dağlıq ərazilərində 10-18 dərəcə şaxta olacağı proqnozlaşdırılır.

Hazırda cənub bölgəsində yağıntılı hava şəraiti davam edir.


Teqlər:





Xəbər lenti