Xırdalanda yanğın söndürüldü– FOTO, VİDEO, YENİLƏNİB

Xırdalanda yanğın söndürüldü– FOTO, VİDEO, YENİLƏNİB
  12 Dekabr 2013    Oxunub:1537
Xırdalanda 13 mərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.
20:15

AzVision.az APA- ya istinadən xəbər verir ki, yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb. Hazırda binanın çardaq hissəsində tüstülənən hissələrə su vurulur, yanğın-kəşfiyyat işləri aparılır. Bəzi məlumatlara görə, binanın yuxarı mərtəbəsində 3 mənzilə ciddi ziyan dəyib.

Yanğının başvermə səbəbləri araşdırılır.

***

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhəri, 28-ci məhəllədə çoxmərtəbəli yaşayış binasının şaxtasında meydana gəlib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb olunublar.

Hadisə şahidlərinin Qaynar.info-ya verdiyi xəbərə görə, baş verən yanğının miqyası böyüməkdə davam edir. Hava küləkli olduğuna görə, yanğınsöndürənlər güclü alovun qarşısını almaqda çətinlik çəkir.

Binada və atrafda yaşayan insanlar ərazidən evakuasiya olunub. Hadisə yerinə əlavə yanğınsöndürən qüvvələr cəlb olunub.

Fövqəladə Hallar Nazirliyi Xırdalanda çoxmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində 13 mərtəbəli yaşayış binasının çardağında yanğın baş verib. Dərhal FHN-in müvafiq qurumları hadisə yerinə cəlb edilib.

Hazırda binanın çardağının yanar konstruksiyaları yanmaqda davam edir. Nazirliyin xilasediciləri vətəndaşları təhlükəsiz əraziyə təxliyyə edir və təhlükəsizlik tədbirləri görürlər.

Xəsarət alanlar barəsində məlumat yoxdur. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Qalereya




Teqlər:  





Xəbər lenti