“Qocalar evi”nin 72 yaşlı sakini: “Bir qızım ölüb, digəri yataq xəstəsidir” - VİDEO

“Qocalar evi”nin 72 yaşlı sakini:  “Bir qızım ölüb, digəri yataq xəstəsidir” -  VİDEO
  29 Oktyabr 2019    Oxunub:11037
72 yaşlı Nübar Hümbətova artıq 5 ildir Bilgəhdə Sosial Xidmət müəssisəsində qalır. O, uzun illər Qazaxıstan və Rusiyada yaşayıb. İki övladı olub. Onlardan biri Qazaxıstanda insultdan dünyasını dəyişib, digər övladı isə hazırda Yevlax rayonunda yaşayır və yataq xəstəsidir.
"Qocalar evi"ndə Azvision.az-ın əməkdaşı ilə həmsöhbət olan N.Hümbətova onkoloji xəstə olduğunu və bu səbəbdən müəssisəyə üz tutduğunu deyib. O, indiyədək bir çox sahədə çalışıb.

Keçmiş həyatından ağız dolusu danışan qadın qızının gənc yaşlarında ölümündən sonra psixoloji sarsıntı keçirdiyini, hələ də övladını unuda bilmədiyini söyləyib.

"Buradakı yaşayışdan çox razıyam. Gənclər bizi tez-tez ziyarət edirlər. Hətta onlardan biri mənə mobil telefon hədiyyə edib. Çalışıram darıxmayım. Nə edək, həyat davam edir, başqa əlimizdən nə gəlir ki?!", - deyə N.Hümbətova əlavə edib.



Şahanə Rəhimli
Video: Əhməd Xəlilov / Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Qocalar-Evi   Qadın  





Xəbər lenti