Peşəkar boksçumuz həlledici döyüşə hazaırlaşır

Peşəkar boksçumuz həlledici döyüşə hazaırlaşır
  07 Dekabr 2013    Oxunub:1312
Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov Almaniya təmsilçisi Matias Pelklə qarşılaşacaq. On iki raundluq döyüş “Eurosport” kanalı vasitəsilə dünyanın 63 ölkəsində canlı yayımlanacaq.
Təkcə futbol deyil, digər növlərin də inkişafını diqqət mərkəzində saxlayan “Qəbələ” idman klubu daha bir layihə reallaşdırmağa hazırlaşır.

Klubdan AzVision.az -a bildiriblər ki, ilk dəfə olaraq doğma məkanda “Qəbələ” və Türkiyənin “Fənərbaxça” boks kollektivləri arasında yarış təşkil edən klub bu dəfə daha möhtəşəm turnirə ev sahibliyi edəcək.

Azərbaycan və “Qəbələ”ni peşəkar boksda təmsil edən Fariz Məmmədov Avropa çempionluğu uğrunda rinqə çıxacaq. Boksçumuz IBF, WBCA və WBO versiyaları üzrə Avropa kəmərinə sahib olmaq üçün Almaniya təmsilçisi, peşəkar rinqdə məğlubiyyətsiz irəliləyən Matias Pelklə qarşılaşacaq.

On iki raundluq döyüş “Eurosport” kanalı vasitəsilə dünyanın 63 ölkəsində canlı yayımlanacaq.

Görüş dekabrın 14-də Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunacaq.


Teqlər:





Xəbər lenti