Samuxda ağır yol qəzası: 3 yaralı

Samuxda ağır yol qəzası: 3 yaralı
  07 Dekabr 2013    Oxunub:1243
Samuxda ağır yol qəzası baş verib.
AzVision.az Kəpəz TV-yə istinadən məlumat verir ki, hadisə bu gün saat 22 radələrində rayonun Qovlar Sarıkənd kəndi ərazisində qeydə alınıb. 38 yaşlı Əlixan Hüseynovun idarə etdiyi "Qazel" markalı avtomobil hərəkətdə olarkən yoldan çıxaraq aşıb.

Nəticədə sürücü və avtomobildəki sərnişinlər - 56 yaşlı Aybəniz Musayeva, 25 yaşlı Nargilə Qasımova xəsarət alaraq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmotologiya şöbəsinə yerləşdirilib.

Növbətçi həkim Mehman Hüseynovun sözlərinə görə, xəstələrdən A.Musayevanın vəziyyəti ağırdır.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.


Teqlər:





Xəbər lenti