Qanunsuz dərman preparatları aşkar edilib

Qanunsuz dərman preparatları aşkar edilib
  07 Dekabr 2013    Oxunub:1696
Bakıda qanunsuz yolla gətirilmiş xeyli sayda dərman preparatları aşkar edilib.
Bakıda qanunsuz yolla gətirilmiş xeyli sayda dərman preparatları aşkar edilib. AzVision.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Daxil olmuş əməliyyat məlumatı əsasında Aksiz Gömrük İdarəsinin və DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat idarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, "Azadlıq" metrostansiyası yaxınlığında Azərbaycan vətəndaşı 1959-cu il təvəllüdlü, Masallı rayonu, Boradigah qəsəbə sakini Musayev Malik Mirzə oğlundan ölkə ərazisinə qanunsuz yolla gətirilmiş 2 ədəd karton yeşikdə hər birində 10 kapsula olmaqla 4480 konvalyut (ümumi sayı 44800 kapsul) dərman preparatları aşkar edilərək götürülüb.


Teqlər:





Xəbər lenti