Atletlərimizdən şad xəbər - FOTO, YENİLƏNİB

Atletlərimizdən şad xəbər - FOTO, YENİLƏNİB
  06 Dekabr 2013    Oxunub:1469
Azərbaycan atletləri II Beynəlxalq Bakı Kubokunda iki medal qazanıblar.
Dekabr ayının 5-dən Azərbaycanda keçirilən Beynəlxalq Ağır Atletika Federasiyasının "IWF Grand-Prix" - II Beynəlxalq Bakı Kubokunda birinci yarış gününə yekun vurulub.

AzVision.az Azərbaycan Ağır Atletika Federasiyasına istinadən məlumat verir ki, 53 kq çəki dərəcəsində qadınlarımızın qazandığı uğurun davamını bu dəfə 62 kq çəki dərəcəsində kişilərimiz gətirə biliblər.

Bu çəkidə Valentin Xristov və Yuri Dudoqlo ölkəmizin şərəfini qoruyublar. İki atletimizin qızıl medal uğrunda sona qədər mübarizəsi çox maraqlı alınıb. Sonda V.Xristov toplam 292 kq (127 kq + 165 kq) nəticə ilə fəxri kürsünün 1-ci pilləsinə qalxıb.
Y.Dudoqlo isə toplamda 283 kq (126 kq + 157 kq) nəticə ilə yarışların gümüş medalına sahib çıxıb.

Azərbaycanda keçirilən Beynəlxalq Ağır Atletika Federasiyasının "IWF Grand-Prix" - II Beynəlxalq Bakı Kuboku davam edir.

XXX

53 kq çəki dərəcəsində mübarizə aparan qadınlarımızdan Kristina Yovu yarışların favoriti idi. İdmançıların çıxışları başa çatandan sonra məlum oldu ki, bu əbəs deyilmiş. K.Yovu toplamda 208 kq (95 kq + 113 kq) nəticə ilə Qran-Prinin qalibi adına layiq görülüb.

Bu çəkidə yarışan digər idmançımız - Yuliya Derkaç isə gözlənilmədən fəxr kürsünün ikinci pilləsinə qalxmağı bacarıb. Birdən qaldırma hərəkətinə yaxşı başlamayan atletimiz təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. Y.Derkaç toplamda 192 kq (85 kq + 107 kq) nəticə ilə Qran-Prinin gümüş medalını qazanıb.

Qeyd edək ki, Qran-Pri dekabrın 8-dək davam edəcək.

Qalereya




Teqlər:  





Xəbər lenti