Xəzərdə batan İran gəmisinin ekipajı Bakıya gətirildi - VİDEO+FOTOLAR

Xəzərdə batan İran gəmisinin ekipajı Bakıya gətirildi -  VİDEO+FOTOLAR
  27 İyul 2019    Oxunub:15714
Bu gün İranın Xəzər dənizində batan “Şəbahəng” quru-yük gəmisinin xilas edilən 9 nəfərdən ibarət ekipajı Bakıya gətirilib.
Azvision.az -ın məlumatına görə, ekipaj üzvləri saat 22:00 radələrində Bakı Dəniz Vağzalına çatıblar. Onlardan yeddi nəfəri iranlı, ikisi isə hindistanlıdır.



Qeyd edək ki, bu gün saat 14:15-də Dövlət Sərhəd Xidmətinin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran rey­din­də sa­hil­dən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.



Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke­çirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə gön­də­ril­ib.




Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliy­yatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib. Gəmi heyəti xilas edildikdən sonra saat 16:22-də gəmi batıb.





















Foto: Şahin Sərdarov
Video: Əhməd Xəlilov

Azvision.az


Teqlər: Gəmi   İran  





Xəbər lenti