Deputatlar Elmira Axundovanı alqışladılar
Deputat Fəttah Heydərov belə bir kitabın ərsəyə gəlməsi üçün Elmira Axundovaya öz təşəkkürünü bildirib.
“Heydər Əliyev bütün həyatını Azərbaycan xalqına sərf edib. Müstəqil Azərbaycan dövlətini yaratdı və bununla da o, öz şah əsərini yaratdı. Heydər Əliyev öz xalqını böyük məhəbbətlə sevirdi, Azərbaycan xalqı da müdrik xalqdır ki, ulu öndərin bu məhəbbətini yüksək qiymətləndirdi və Azərbaycan xalqı Heydər Əliyev yolunu seçdi”.
F.Heydərov çıxışında prezident seçkilərinin də yüksək şəraitdə keçdiyini qeyd edib.
“Bu yaxınlarda ölkəmizdə prezident seçkiləri keçildi. Azərbaycan xalqı prezident seçkilərində də öz müdrikliyini göstərərək, Heydər Əliyevin varisini seçdi. Prezident İlham Əliyev Heydər Əliyev yolunu ləyaqətlə davam etdirir. Vaxtilə SSRİ-də tanına bilməyən Azərbaycan, indi bütün dünyada tanınır. Vaxtilə ağır günlərə məruz qalan indi ən parlaq dövlətə çevrilib.”
Millət vəkili Siyavuş Novruzov çıxış edərək həmkarı Elmira Axundovaya belə bir romanın yazılmasında əziyyət çəkdiyi üçün təşəkkürünü bildirib.
“Hər bir insanın içərisində Heydər Əliyev sevgisi var. Biz qərara aldıq ki, Heydər Əliyev sevənləri bir partiyada birləşdirək. 1991-lərin müraciəti əsasında YAP 21 noyabr tarixində yarandı. İndi Heydər Əliyev cismən yanımızda olmasa da ruhən bizimlədir” .
Daha sonra Səyyad Aran çıxış edib: "Elmira Axundova belə kitab yazmaqla yeni bir janr yaratdi. Salnamə-roman -epopeya. Bununla da Elmira Axundova özünün tarixi obrazını yaratdı. Çünki o Heydər Əliyevlə birgə yaşayan insanların sağkən H. Əliyev haqqında xatirələrini topladı” .
Qeyd edək ki, kitabda Fəttah Heydərovun, Siyavuş Novruzovun və digər ictimai xadimlərin Heydər Əliyev haqda xatirələri yer alıb. Kitabda o cümlədən Heydər Əliyevin Naxçıvan xatirələri öz əksini tapıb.
Nihadə Eyyubova