Sumqayıtda torpaq sürüşməsi baş verib, xəsarət alan var

Sumqayıtda torpaq sürüşməsi baş verib, xəsarət alan var
  01 Dekabr 2013    Oxunub:1311
Sumqayıtda torpaq sürüşməsi baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində 1 nəfər torpaq uçqunu altında köməksiz vəziyyətdə qalıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, kanalizasiya xətti çəkilən zaman torpaq sürüşməsi baş verib və 1 nəfər fəhlə torpaq uçqunu altında köməksiz vəziyyətdə qalıb.

Xəsarət alan şəxs FHN Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən xüsusi alət və avadanlıqlar vasitəsilə təhlükəsizlik qaydalarına riayət etməklə uçqun altından çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.


Teqlər:





Xəbər lenti