Həm dondurma satır, həm də şou göstərirlər - VİDEO

  Həm dondurma satır, həm də şou göstərirlər -    VİDEO
  03 İyul 2019    Oxunub:8869
Yay fəsli ilə əlaqədar dondurmaya maraq kəskin artıb. Bu səbəbdən Bakının mərkəzi küçələrində səyyar dondurma satışının çoxaldığını görürük. Ən çox diqqət çəkən və alıcıların marağına səbəb olan Türkiyənin məşhur “Maraş” dondurmalarıdır. Artıq paytaxtın bir çox yerlərində keçi südündən hazırlanan “Maraş”ın satış köşkləri quraşdırılıb.
Türkiyədən ölkəmizə dondurma satmağa gələn qonaqlar özlərinə məxsus zarafatları ilə diqqət çəkirlər. Ənənəyə uyğun olaraq “Maraş” dondurması Osmanlı dövrünə aid arabalara qoyulur, satıcı hazırladığı dondurmanı müştəriyə verərkən sanki şou göstərir. Doğrudur, bu zarafatlar bəzən alıcılar tərəfindən birmənalı qarşılanmır.



Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az



Teqlər: Dondurma   Maraş   Türkkiyə   Bakı  





Xəbər lenti