Gürcü tələbələr Azərbaycanda - FOTOLAR

Gürcü tələbələr Azərbaycanda - FOTOLAR
  29 Noyabr 2013    Oxunub:2276
Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan (ELSA Azərbaycan) və Gürcüstan nümayəndəliklərinin (ELSA Gürcüstan) qarşılıqlı əməkdaşlığının nəticəsi kimi, 18-24 oktyabrda ölkəmizin müxtəlif Ali təhsil müəssisələrində hüquq ixtisası üzrə təhsil alan tələbələrin Gürcüstanın Kutaisi şəhərinə “Təhsil Səfəri” təşkil olunmuşdu. Tədbir zamanı Azərbaycandan olan hüquqşünas tələbələr Gürcüstan Parlamenti, Ədliyyə Nazirliyi eləcə də, Kutaisi Universitetində keçirilən görüşlərdə iştirak etmişdilər.
Razılaşmanın tərkib hissəsi olaraq, 22- 28 Noyabr tarixləri aralığında Gürcüstandan olan tələbələr Bakıya gəliblər. ELSA Gürcüstan-ın 13 nəfər təmsilçisi burada müxtəlif tədbirlərə qatılıb.



Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyinin Seminar və Konfranslar üzrə vitse-prezidenti Seyfəlpaşa Əliyevin sözlərinə görə, səfər çərçivəsində Dövlət İdarəçilik Akademiyasında və eləcə də ASAN Xidmətdə görüşlər keçirilib, qonaqlar Azərbaycanın milli mətbəxi və müxtəlif tarixi abidələri ilə tanış ediliblər.



Layihə iştirakçıları öz təəssüratlarını bizimlə bölüşüblər:

Beka Tabutsadze: Bakı haqqında çox eşitmişdim. Lakin heç vaxt Bakıda olmamışdım. Düşünmürdüm ki, Bakı bu qədər gözəl olar. Səfər ümumilikdə olduqca yüksək səviyyədə təşkil edilmişdi. Bizi Dövlət İdarəçilik Akademiyasında olduqca mehriban qarşıladılar. ASAN Xidmət mərkəzində olduq.



Khatia Kantaria: Düşünürəm ki, ELSA-Azərbaycan tədbiri kifayət qədər yüksək səviyyədə təşkil etmişdi. Biz bir çox dosentlərlə, Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı ilə görüşdük. Eləcə də, Akademiyada təhsil alan tələbələrlə xeyli vaxt keçirib, müxtəlif məsələləri müzakirə etdik. ELSA-Azərbaycandan yeni beynəlxalq layihələr gözləyirəm. Mən tezliklə yenidən bu şəhərdə olmalıyam. ELSA Azərbaycanın bütün heyətinə minnətdarlığımı bildirirəm.




Teqlər:





Xəbər lenti