Tramp Putinə barmaq silkələdi - Görüşdə diqqətçəkən detal (VİDEO)

Tramp Putinə barmaq silkələdi -  Görüşdə diqqətçəkən detal (VİDEO)
  28 İyun 2019    Oxunub:10792
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini Amerikadakı seçkilərə müdaxilə etməkdən vaz geçməyə çağırıb.

Azvision.az "İnterfaks"a istinadən xəbər verir ki, Osakada keçirilən görüşdə Tramp jurnalistlərin "Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı məsələ qaldıracaqsınızmı?" sualına “əlbəttə” deyə cavab verib.
Bundan sonra, Tramp Putinə tərəf çevrilib və gülümsəyərək iki dəfə deyib: "Zəhmət olmasa, seçkilərə qarışmayın”. O, həmçinin Putinə barmaq silkələyərək hədələyib.



Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putinlə amerkalı həmkarı Donald Tramp arasında növbəti görüş olub. Liderlərin görüşü Yaponiyanın Osaka şəhərində G-20 sammiti çərçivəsində keçirilib. ABŞ və Rusiya prezidentlərinin görüşü saat yarım davam edib.

Görüşdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, ABŞ-ın Dövlət katibi Mayk Pompeo, ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və digər şəxslər iştirak ediblər. Hələlik danışıqların detalları məlum deyil.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Tramp   Putin  





Xəbər lenti