Onlayn qumarxana işlədənlər tutuldu – VİDEO

Onlayn qumarxana işlədənlər tutuldu – VİDEO
  28 Noyabr 2013    Oxunub:1831
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları bir neçə uğurlu əməliyyat axtarış tədbirləri həyata keçirib.
Narkotik və psixatrop tərkibli preparatların ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilməsi və apteklərdə qanunsuz satışının təşkil edilməsində təqsirli bilinən şəxslər cinayət başındaca yaxalanıblar. Gədəbəy rayonunda anadan olmuş, 36 yaşlı Elman Qarayev və Fizuli rayonunda anadan olmuş 32 yaşlı Sahib Xudiyev satışı 180 ədəd Tropin preparatını 1500 manata satarkən ələ keçirilib.

Araşdırmalarla müəyyən edilib ki, Səhiyyə Nazirliyi tərəfindən ölkəmizdə satışı qadağan edilmiş Tropin preparatını Elman Qarayev bir müddət əvvəl İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirib. Saxlanılan şəxslər güclü təsiredici tərkibə malik olan Tropin preparatlarını Bakı şəhərində kirayədə yaşadıqları evdə gizlədiblər. Əməliyyatçılar evə baxış zamanı əlavə olaraq xeyli sayda Tropin aşkarlayaraq götürüblər.

Elman Qarayev ifadəsində bildirib ki, “Tropin” preparatını izi itirmək üçün şprislə “Naftizin” flakonlarına qablaşdıraraq satmaq üçün tanışı Sahib Xudiyevə verib. Sahib isə öz növbəsində insan həyatı üçün xüsusilə təhlükəli olan və narkotik maddə aludəçiləri tərəfindən damara yeritmə yolu ilə qəbul edilən preparatları müxtəlif apteklərdə baha qiymətə satdırıb.

Baş İdarə əməkdaşları qadağan edilmiş “onlayn” kazino-qumarxana təşkil etməkdə təqsirli bilinən 2 nəfəri də saxlayaraq məsuliyyətə cəlb edib. Xətai rayon sakini, 28 yaşlı Vüqar Həsənov və Şərur rayonunda anadan olmuş 48 yaşlı Dadaş Eyvazova məxsus Xırdalan şəhərindəki obyektdə qadağan olunmuş kazino qumarxana aşkarlanıb. Saxlanılan şəxslər bildiriblər ki, obyekti bir neçə aydır işlədirlər. Obyektdən “onlayn” kazino oyunları üçün nəzərdə tutulmuş kompüter dəstləri, eləcə də külli miqdarda nəğd pul maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Baş İdarənin istintaq şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.




Teqlər:





Xəbər lenti