Yəhudilərin müqəddəs bayramı – Xanukanın tarixi

  28 Noyabr 2013    Oxunub : 7043
Yəhudilərin müqəddəs bayramı – Xanukanın tarixi
Dünya yəhudiləri Xanuka bayramını qeyd edir. Xanuka bayramı İsrailin əsas dini bayramlarından biri hesab olunur. Adətən noyabr-dekabr aylarında qeyd olunan bayram yəhudi təqviminin Kiselev ayının 25-ci günündə başlayır və 8 gün davam edir.

Bayramın yaranma tarixi isə çox qədimdir: E.ə 165-ci ildə yunan ağalığına qarşı Makkaveylər sülaləsinin başçılığı altında üsyan qaldıran yəhudilər 3 il müddətində bütün torpaqlardan düşməni qovurlar. Üsyanın sonunda yenicə azad olmuş Qüdsdəki müqəddəs məbədə daxil olan yəhudilər bu məkanı işıqlı saxlamaq üçün yalnız bir günlük yağ ehiyatı aşkar edirlər. Lakin möcüzəli şəkildə qızıl şam 8 gün ərzində məbədə işıq salır. Bu müddətdə isə əhali yeni yağ ehiyatı toplayırlar.

Beləliklə, məbəd zülmətə qərq olmur. Bu əlamətdar tarixi yad etmək üçün bayramın birinci günü 1 şam, ikinci günü iki şam və beləcə sonuncu bayram günü 8 şam yandırılır. Bayram günləri daha çox kartof və süd məhsullarının qəbuluna üstünlük verilir. Uşaqlara pul və oyuncaqlar hədiyyə olunur, məktəblər tətilə çıxır.
Bu bayram geniş sevinc və Allaha minnətdarlıqla dolu olan bayram kimi qeyd edilir.

İşıq (Xanuka) qış bayramında yəhudilər eramızdan əvvəl ikinci əsrdə yunanlar üzərində qələbələrini və Qüds məbədinin təmizlənməsini yada salırlar. Xanukanın səkkiz gününün hər birində xüsusi səkkiz şamlı qəndildə (menore) növbəti şam yandırılır. Dini himnlər oxunur, uşaqlar şən oyunlar oynayır (ilk növbədə fırlanğıc-dreydl oyunu). Bu günlərdə şən ziyafətlər təşkil edilir, hədiyyələr mübadiləsi aparılır.

Azərbaycanda da bu bayram xüsusilə qeyd olunur. Ölkənin yəhudilər yaşayan bölgələrində, əsasən Qubada Xanuka bayramı təntənəli şəkildə keçirilir. Azərbaycan Dağ Yəhudiləri Dini İcmasından verilən məlumata görə, bu münasibətlə icma tərəfində 300 nəfərdən çox insana bayram payı paylayıb.

Bayramın ilk günü Sinagogda bötük tən tənə ilə qeyd olunur, dini ayinlər oxunur.

Qeyd edək ki, Yəhudi təqvimində əlamatdar günlərdən biri olan “Xanuka” bayramı Yəhudi dinini və Tövratı qadağan edən və yəhudiləri bütprəstliyə zorlayan yunanlar üzərində qazanılan qələbəni bildirir və hər il noyabrın 27-dən qeyd edilir.

Vüqar İsmayılov

Teqlər: