Azərbaycan “Minsk 2019”da ilk medalını qazandı

 Azərbaycan “Minsk 2019”da ilk medalını qazandı
  22 İyun 2019    Oxunub:2350
“Minsk 2019” II Avropa Oyunlarının ikinci günündə - iyunun 22-də Azərbaycan milli komandası ilk medalını qazanıb.
Azvision.az xəbər verir ki, komandamızın aktivinə birinci medalı akrobatika gimnastlarımız yazdırıblar.

Qarışıq komanda yarışında mübarizə aparan Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi cütlüyü dinamik hərəkətlərdə 28,830 xal toplayaraq gümüş medala sahib olub.

Bu yarışda qızıl medalı rusiyalı gimnastlar Viktoriya Aksenova və Kiril Startsev cütlüyü qazanıb. Bürünc medala Belarus təmsilçiləri Artur Beliakov-Volna Melnik layiq görülüblər.

Qeyd edək ki, bədii gimnastika üzrə çoxnövçülük yarışlarında təmsilçimiz Zöhrə Ağamirova topla hərəkətlərdə 17,850, gürzlərlə hərəkətlərdə isə 19,225 xal toplayaraq, iki hərəkətin cəmində 37,075 xal toplayıb.

Azvision.az



Teqlər: Avropa-Oyunları   Medal  





Xəbər lenti